Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2024-cü ilin ən uğurlu memarlıq layihələrini “Təməl” mükafatı ilə təltif edib. Bu mükafat hər il memarlıq layihələrinin qiymətləndirilməsi, memarlıq sənətinin inkişafı və şəhərsalma mühitinin yaxşılaşdırılması məqsədilə təqdim ediləcək.
Müsabiqə çərçivəsində Bakı Dövlət Layihə İnstitutu tərəfindən layihələndirilən Laçın rayonu, Minkənd kəndinin yenidən qurulması layihəsi "Yaşayış komplekslərinin memarlığı" nominasiyasında 2-ci dərəcəli diplomla təltif edilib. Layihənin müəllifləri Elçin Umudov, Elçin Əliyev, Simurə Əmirova və Jalə Hüseynovadır.
Eyni zamanda, Memarlar İttifaqının təşəbbüsü ilə Bakı Dövlət Layihə İnstitutunun əməkdaşı, Jalə Hüseynova ilin ən gənc memarı kimi xüsusi qeyd edilərək mükafatlandırılıb.