Karyera

Bizi əhatə edən mühitlə bağlı qarşımıza qoyduğumuz əsas hədəf davamlı, milli özünəməxsusluq baxımından mühafizəkar, lakin eyni zamanda müasir dünya çağırışlarına cavab verən memarlıq və şəhərsalma fəaliyyətini təşkil etməklə kamil insanların yaşayıb-yaratdığı cəmiyyətin məkan və memarlıq həllinin müəyyən edilməsinə öz töhvəmizi verməkdir. Fəaliyyətimiz dövründə biz cəsarətli, cəlbedici, peşakar memarlıq və şəhərsalma portfeli üçün səy göstərmişik.

Kiçik binadan böyük şəhərlərə, rayonlara və yaşayış məntəqələrinə qədər hər bir obyektin layihə həlli böyük bir komanda işidir. İnkişafımızın davamlı olması üçün daim yüksək potensial, yaradıcı bilik və bacarığı olan memar və mühəndislərin axtarışındayıq. Biz innovasiyaları təşviq edən, əməkdaşlığı daim dəstəkləyən dinamik iş mühiti təklif edirik!

Sizin CV və portfelinizi hr@bdli.az ünvanda gözləyirik. Kadrlar üzrə mütəxəssis Babayeva Gülnar


hr@bdli.az