DÜNYA DAİM İNKİŞAF EDƏRƏK DƏYİŞSƏ DƏ, MÜXTƏLİF
DÖVRLƏRDƏ İNŞA EDİLƏN MEMARLIQ İNCİLƏRİNİN BƏZİLƏRİ
QALARAQ TARİXİ ƏLYAZMALARIN SUSDUĞU ZAMAN DANIŞIR,
GÖZÜMÜZÜ VƏ KÖNLÜMÜZÜ OXŞAYIR.
 


 

Bizi əhatə edən mühitlə bağlı qarşımıza qoyduğumuz əsas hədəf davamlı, milli özünəməxsusluq baxımından mühafizəkar, lakin eyni zamanda müasir dünya çağırışlarına cavab verən memarlıq və şəhərsalma fəaliyyətini təşkil etməklə kamil insanların yaşayıb-yaratdığı cəmiyyətin məkan və memarlıq həllinin müəyyən edilməsinə öz töhvəmizi verməkdir. Fəaliyyətimiz dövründə biz cəsarətli, cəlbedici, peşakar memarlıq və şəhərsalma portfeli üçün səy göstərmişik.

Kiçik binadan böyük şəhərlərə, rayonlara və yaşayış məntəqələrinə qədər hər bir obyektin layihə həlli böyük bir komanda işidir. İnkişafımızın davamlı olması üçün daim yüksək potensial, yaradıcı bilik və bacarığı olan memar və mühəndislərin axtarışındayıq. Biz innovasiyaları təşviq edən, əməkdaşlığı daim dəstəkləyən dinamik iş mühiti təklif edirik!

Sizin CV və portfelinizi hr@bdli.az ünvanda gözləyirik. Kadrlar üzrə baş mütəxəssis İsmayılova Könül

 

Azərbaycanca